Qurd adam

İoan Vudvord "Canavar adamın hücümü" (XVIII əsr)

Canavar adam (ing. Werewolf) — canavara və ya canavarabənzər məxluqa çevrilə bilən mifik insan. Çevrilmə adətən tam ay gecəsində baş verir. Çox vaxt belə hesab edilir ki, bir adam başqa bir canavar adam tərəfindən dişləndikdən sonra canavar adam olur. Amerikanın Navaxo mədəniyyətində seçdikləri hər hansı bir heyvanın şəklini ala bilmə bacarığına malik olan müəmmalı mifik varlıqlar “skinwalker”lər barədə rəvayətlər mövcuddur.

İnsanın qurdabənzər məxluqlara çevrilməsi anlayışına dünyanın bir çox mədəniyyətlərində, xüsusilə Avropa folklorunda rast gəlmək olar. Bu əfsanənin mənşəyi qədim dövrlərə gedib çıxır. Orta əsrlərdən öncə insanlar canavar adamları sadəcə xüsusi güclərə malik olan mifik bir varlıq kimi təsvir edirdilər. Avropada Xristianlığın geniş yayılmağa başlaması ilə canavar adamlarla bağlı anlayış da dəyişir. Canavar adamlara olan inanclar xristian dini ideyaları ilə qarışır. Xristian gözü ilə canavar adamlar şeytani varlıqlar və ya tanrının cəzasına düçar olmuş fərdlər olaraq başa düşülür.

Müstəmləkə dövründə Yeni dünyaya yelkən açan avropalılar öz inanclarını şifahi ənənləri ilə birlikdə bu torpaqlara qədər gətirmişdirlər. O dövrlərdə cadugərlərə inanan insanlar təbii ki, canavar adamlara da inanmağa başlayırlar. Cadugərlikdə günahlandırılanların məhkəmələri və edamları bu dövrdə geniş vüsət almış və minlərlə insanın təqib edilməsinə səbəb olmuşdur. Cədugərlikdə təqsirləndirilən şəxslərin aqibətini diri-diri yandırılmaq gözləyirdi. Canavar adam olaraq günahlandırılan şəxslərə XV əsrin əvvəllərində İsveçrədə, xüsusən Valais və Vaud bölgələrində hökm oxunurdu. Sözügedən fenomen sonradan bütün Avropaya yayılaraq XVII əsrdə pik həddə çatır. XVIII əsrdə isə tədricən azalır. Bu, Avropa tarixində xurafatları əks etdirən qaranlıq bir səhifə idi.

Cadugər əcinələrinin səngidiyi dönəmlərdə canavar adamlar qotik qorxu hekayələrində yer alaraq populyarlıq qazanır. Zaman keçdikcə bu əfsanəvi varlıqlar populyar mədəniyyətin tanınmış elementlərindən biri olur.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search